Azərbaycanın 25 illik inkişafı barədə virtual təqdimat hazırlanacaq

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan – 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az” layihəsini həyata keçirir.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan - 25 illik misilsiz inkişaf haqqında virtual təqdimatların təşkili www.azerbaijan25.az" layihəsini həyata keçirir.

ASGA-nın sədri Səbuhi Abbasov "OLAYLAR"-a bildirib ki, tək paytaxtda deyil, regionlarda da analoji təqdimatların keçirilməsi nəzərdə tutulub: "Layihənin əsas məqsədi paxtaxtda ali təhsil müəssisələrində təhsil alan gənclərə Azərbaycan dövlət müstəqilliyinin tarixini aşılamaq, region gənclərini Azərbaycan dövlət müstəqilliyinin tarixi barədə məlumatlandırmaq, İKT imkanlarından istifadə edərək daha geniş auditoriyanı ölkəmizdə 25 il ərzində qazanılan uğurlar barədə məlumatverməkdən ibarətdir. Bundan başqa biz nümayəndəliklərimizin olduğu bir sıra xarici ölkələrdə də təqdimatların keçirilməsini nəzərdə tutmuşuq. Hesab edirəm ki, layihənin coğrafiyasının genişləndirilməsi üçün İKT imkanlarında istifadə zəruridir. Layihənin koordinatoru ASGA sədr müavini, tanınmış iqtisadi ekspert Tural Əhmədovdur.

Qeyd edək ki, layihə çərçivəsində Bakıda, Gəncədə və Tovuzda təqdimatlar keçiriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00