Azərbaycanda Belarus gəncləri günü

Azərbaycanda Belarus gəncləri gününə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səfərin ilk günü ölkəmizə təşrif buyuran qonaqlar Şəhidlər Xiyabanı və Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azərbaycanda Belarus gəncləri gününə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, səfərin ilk günü ölkəmizə təşrif buyuran qonaqlar Şəhidlər Xiyabanı və Ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Daha sonra Belaruslu gənclər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevin qəbulunda olublar. Görüş zamanı nazir müavini qonaqlara gənclər sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən Dövlət Proqramları və bu proqramlardan irəli gələrək görülmüş və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr haqda məlumat verib. İntiqam Babayev eyni zamanda, bu səpkili səfərlərin müxtəlif ölkələrin gəncləri ilə, Azərbaycanlı gənclər arasında möhkəm əlaqələrin qurulmasına, sıx dostluq münasibətlərinin yaranmasına xidmət etdiyini diqqətə çatdırıb. Bu gündən Belarusiyalı gənclərin Şəmkir şəhərinə səfəri başlayır. Burada proqrama əsasən hər iki ölkənin gənclərinin əl işlərindən ibarət yaradıcılıq sərgisi, ölkələrin mədəniyyət nümunələrini özündə əks etdirən konsert proqramı keçiriləcək. Eyni zamanda, iki ölkə gənclər arasında daha sıx əlaqələrin yaradılması və yeni layihələrin həyata keçirilməsi məqsədi ilə müzakirələrin aparılması üçün dəyirmi masa gerçəkləşəcək. İyulun 9-da belarusiyalı gənclər Bakı şəhəri ilə yaxından tanış olacaq, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunda görüş keçirəcəklər. Azərbaycanda Belarus gəncləri günü 10 iyul tarixdə yekunlaşacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00