Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən şəxsin kimliyi müəyyən edildi
Bakıda gəlinlik paltarlarını qəsdən məhv edən adamın şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.
8 İyul 2016 13:45 SosialBakıda gəlinlik paltarlarını qəsdən məhv edən adamın şəxsiyyəti müəyyən edilib, cinayətin sifarişçisi tutulub.
Report bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da Bakı şəhər sakini S.Qurbanovaya məxsus gəlinlik paltarları satışı mağazasında yağ və benzinlə qarışmış məhlulu paltarların üzərinə tökərək əmlakı qəsdən məhv edən şəxsin paytaxt sakini Xalıq Həşimzadə olması müəyyən edilib.
Hadisəni sifariş edən Bakı şəhər sakini Leyla Ağayeva tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00