İçməli suyun verilməsində məhdudiyyətlər olacaq

“Azərsu” Açıq Tipli Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi müəyyən tədbirlər həyata keçirib.

"Azərsu" Açıq Tipli Səhmdar Cəmiyyəti Bakı şəhəri Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi müəyyən tədbirlər həyata keçirib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi prosesi həyata keçirilir. Bununla əlaqədar olaraq iyulun 8-də gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00