Azərbaycanda SOCAR brendi altında 21-ci yanacaqdoldurma məntəqəsinin açılışı olub
Hacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan ''SOCAR PETROLEUM'' QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib.
8 İyul 2016 12:40 SosialHacıqabul rayonu Pirsaat qəsəbəsində SOCAR brendi altında sayca 21-ci yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimi keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan chr("39")chr("39")SOCAR PETROLEUMchr("39")chr("39") QSC-nin baş direktoru Toğrul Seyidov iştirakçıları YDM-də yaradılmış şəraitlə, məntəqənin strukturu, iş otaqları, eləcə də burada quraşdırılmış müasir avadanlıqlarla tanış edib. Bildirilib ki, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət etmək üçün avtomatik sistem quraşdırılıb. T.Seyidov yeni açılan YDM-lərin ölkədə daimi iş yerlərinin açılmasına, bununla da əhalinin sosial təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.