Tələbələr Baş İdarədə təcrübə keçir
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qərb Universiteti arasında qarşılıqlı razılaşmaya əsasən universitetin Siyasi elmlər fakültəsinin III kurs tələbələri Baş İdarədə iki həftəlik təcrübə proqramında iştirak edirlə
8 İyul 2016 11:48 SosialBakı şəhər Gənclər və İdman Baş İdarəsi və Qərb Universiteti arasında qarşılıqlı razılaşmaya əsasən universitetin Siyasi elmlər fakültəsinin III kurs tələbələri Baş İdarədə iki həftəlik təcrübə proqramında iştirak edirlər. Bu barədə məlumat "OLAYLAR"-a Baş İdarədən daxil olub. Bildirilib ki, təcrübənin ilk günü tələbələri Baş İdarənin rəisi Raqif Abbasov qəbul edib, dəyirmi masa arxasında onları maraqlandıran sualları cavablandırıb. Proqrama əsasən tələbələr Baş İdarənin sektorlarının iş rejimi ilə tanış olur, gənclər və idman sahəsində Dövlət Proqramlarına əsasən idarənin tədbirlər planına müvafiq olaraq görülən işlərlə yaxından tanış olurlar. Təcrübə tələbələr tərəfindən olduqca maraqla qarşılanır. Onlar verilən məlumatlar və tövsiyyələri diqqətlə mənimsəyirlər. Sonda təcrübədə iştirak etmiş bütün tələbələrə Baş İdarə tərəfindən sertifikatlar təqdim olunacaq.