Azərbaycanlı pirotexnika ustaları Moskvada beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək
Azərbaycanlı pirotexnika ustaları Moskvada ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək.
5 İyul 2016 10:48 SosialAzərbaycanlı pirotexnika ustaları Moskvada ikinci "Rostex" beynəlxalq atəşfəşanlıq festivalında iştirak edəcək.
TASS xəbər verir ki, festival iyulun 23-24-də Moskvada keçiriləcək.
Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq.
Azərbaycan, Çin, Qazaxıstan, Malta, Portuqaliya, Rusiya, Fransa və Estoniyadan olan ən yaxşı pirotexnika komandaları fişənglərin buraxılması sənəti üzrə yarışacaq. İştirakçılar ümumilikdə 25 ton pirotexnikadan istifadə edərək 50 mindən çox yaylım atəşi həyata keçirəcək. Fişənglərin uçuş hündürlüyü 300 metrə çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00