Kosmosun ilk mahnısı eşidildi

5 ildən bəri davam edən kosmik missiya ilk uğura nail olub. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "Cuno" adlı kosmik stansiyası Yupiterə çatıb.

 

5 ildən bəri davam edən kosmik missiya ilk uğura nail olub. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) "Cuno" adlı kosmik stansiyası Yupiterə çatıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, "Cuno" 2011-ci ilin avqustunda kosmosa çıxarılmışdı. Stansiya Günəş sisteminin ən böyük planeti olan Yupiterin maqnit sahəsinin və atmosferinin tədqiqatı ilə məşğul olacaq, planetin bərk nüvəsinin olması barədə hipotezi yoxlayacaq.

Aparat Yupiter ətrafında 31 dövrə vuracaq. Hər dövrə Yer ölçüləri ilə 14 gün çəkəcək.
"Cuno"da "Flux Gate Magnetometer" (FGM) maqnitometri, planetin maqnit sahəsinə görə koordinatları ölçən "Advanced Stellar Compass" (ASC), "Microwave Radiometer" (MWR) mikrodalğalı radiometr, "JunoCam" (JCM) üçölçülü rəngli videokamera, WAVES spektrometri, UVS ultrabənövşəyi şüalanma spektroqrafı və digər qurğular var.
"Cuno" Yupiterin şimal və cənub qütblərinin görüntülərini çəkəcək ilk aparat olacaq. "Galileo" aparatı 1995-2003-cü illərdə Yupiterin orbitində olduğuna görə "Cuno" bu qaz nəhənginə yan almış ikinci aparatdır.

2018-ci ildə "Cuno" orbitdən çıxarılacaq, Yupiterin atmosferinə yönəldiləcək və orada məhv olacaq.
Dünən "Cuno" Yuniterin maqnitosferində səslənən səsləri yazıb. NASA mütəxəssisləri bu audioyazını "kosmosun ilk mahnısı" adlandırıblar.
Əsas, eşidilən səs dalğası planetin maqnitosferinin Günəş küləyi ilə toqquşması zamanı yaranır. İonlaşmış hissəciklər axını Yupiterin atmosferinə bir neçə milyon kilometr/saat sürətlə uçur, sonra qəflətən yavaşıyır.

Yupiterin diametri Yerdən 11 dəfə, çəkisi isə 317 dəfə artıqdır. Yupiterin Günəş ətrafında tam dövr müddəti 12 ildir. Planetdə bir gün 10 saat davam edir.
Tərkib baxımından ulduza bənzəyən Yupiterin atmosferi əsasən hidrogen və heliumdan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00