Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolu artırılır
“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması” adlı layihəsinin icrasına başlamışdır.
4 İyul 2016 18:00 Sosial"Gənclərin İnkişafına Dəstək" İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 8-ci qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə "Gənclərin dini radikallıq və ekstremizmə qarşı mübarizədə rolunun artırılması" adlı layihəsinin icrasına başlamışdır.
Layihə çərçivəsində Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik rayonlarında gənclərin dini radikallıq və ekstremizmin təhlükələri haqqında maarifləndirmək üçün seminarlar və sonda Lənkəran şəhərində yekun konfransın keçirilməsi nəzərdə tutulur. Seminar iştirakçılarına müasir dövrdə dini maarifçilik ideyalarının əhəmiyyəti vurğulanacaq və din pərdəsi altında aqressivlik, radikallıq və terror hallarının ifşa olunması məqsədilə dövlət, ictimaiyyət, elm və din xadimlərinin bu sahədə əməkdaşlıq edərək birgə səylərinin artırılmasına və bu kimi faktların qarşısının alınması üçün gənclərin daha fəal olmalarının zəruriliyi qeyd ediləcəkdir.
Layihə çərçivəsində "Mənəvi-dini dəyərlərin terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürləri ilə sığışmaması" mövzusunda növbəti uğurlu seminarını 02 İyul 2016 - cı il tarixində Yardımlı şəhərində təşkil etmişdir. Tədbirdə 16-29 yaş arası fəal gənclər iştirak etmişlər. Eyni zamanda Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Rövşən Süleymanov və təşkilatın digər məsul işçiləri, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı-Yardımlı bölgəsi üzrə baş məsləhətçisi Aqil Həsənli, Yardımlı səhər İcra hakimiyyətinin rəsmiləri, Yardımlı rayon Dini İcmanın rəhbəri və rayon ziyalıları iştirak etmişlər.
Seminar birliyin rəhbəri Murad İbrahimov tərəfindən açıq elan edilmiş və torpaqlarımızın bütövlüyü uğrunda şəhid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycanın himni səsləndirilmişdir .
Sonra təlimçi t.e.n. Mobil Pencəliyev "Mənəvi-dini dəyərlərin terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürləri ilə sığışmaması" mövzusunda çıxış edərək tədbir iştirakçılarını məlumatlandırmış və gənclərin qeyd olunan arzuolunmaz hallardan uzaq olmaları üçün onların savadlı, bilikli və dünyagörüşlərinin zəngin olmalarının üstünlüyünü qeyd olunmuşdur. O, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda böyümələrinin vacibliyindən bəhs edərək onların vətəninə, millətinə layiqli vətəndaş olmalarını tövsiyyə etmişdir.
Tədbirdə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı-Yardımlı bölgəsi üzrə baş məsləhətçisi Aqil Həsənli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Rövşən Süleymanov, Yardımlı rayon Dini İcmanın rəhbəri və digər rayon ziyalıları çıxış edərək insanların dini inanclarından istifadə etməklə onlari radikallığa və ekstremizmə sövq etmək kimi mənfi halların yolverilməz olduğu bildirilmiş və müvafiq tövsiyyələr verilmişdir.
Tədbirin sonunda iştirakçılara sertifikatlar tədqim olunmuş və xatirə şəkili çəkilmişdir.