“Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminar keçirilib

Bakı Ali Neft Məktəbində bərpaolunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması və mütəxəssislər arasında informasiya mübadiləsinin təşkili məqsədilə “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda daimi fəaliyyət göstərən seminar işə başlayıb.

Bakı Ali Neft Məktəbində bərpaolunan enerji mühəndisliyi sahəsində müasir biliklərin yayılması və mütəxəssislər arasında informasiya mübadiləsinin təşkili məqsədilə "Bərpaolunan enerji: çağırışlar və perspektivlər" mövzusunda daimi fəaliyyət göstərən seminar işə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, seminar Ali Neft Məktəbinin bərpa olunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat Mərkəzi ilə sıx əlaqədə fəaliyyət göstərəcək, Azərbaycanda və digər ölkələrdə müvafiq profilli elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssislərini bir araya gətirən platforma rolunu oynayacaq. BANM-nin Neft-qaz mühəndisliyi kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Siyavuş Azakov seminarın elmi rəhbəri təyin olunmuşdur. Seminarın ilk iclasında məktəbin professor-müəllim heyəti, elm, təhsil və istehsalat müəssisələrinin mütəxəssisləri ilə birlikdə "Kimya mühəndisliyi" ixtisası üzrə təhsil alan 3 tələbə də iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00