BMAM Gəncə və Qubada konfranslar keçirəcək
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində iyulun 18-də Gəncə, iyulun 25-də isə Quba şəhərində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfranslar keçirəcək.
4 İyul 2016 15:12 SosialBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində iyulun 18-də Gəncə, iyulun 25-də isə Quba şəhərində "sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti" mövzusunda konfranslar keçirəcək. Mərkəzdən "OLAYLAR"-a bildirilib ki, tədbirdə dövlət qurumlarının, QHT və KİV nümayəndələri, gənclər və ictimaiyyət təmsilçiləri olmaqla, ümumilikdə 200 nəfərin iştirakı gözlənilir. Bildirilib ki, hər iki konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat veriləcək, ölkədə və regionda baş verən mühüm ictimai-siyasi proseslər müzakirə olunacaq.
Qeyd edək ki, üç ay davam edəcək tədbirlər çərçivəsində QHT, KİV təmsilçiləri, gənclər, ümumiyyətlə, ictimaiyyət nümayəndələrilə müxtəlif səpkili görüşlər keçiriləcək.