Bir sıra marşurutların hərəkət istiqaməti dəyişdi
Paytaxtda hərəkət edən bir sıra avtobus marşurutlarının hərəkət istiqaməti dəyişdirilib. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuiat xidmətinin rəhbəri Nuridə Allahyarova verib.
4 İyul 2016 14:01 SosialPaytaxtda hərəkət edən bir sıra avtobus marşurutlarının hərəkət istiqaməti dəyişdirilib. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuiat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. Agentlik rəsmisi bunu həyata keçirilən təmir işləri ilə əlaqələndirib: "Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə təmir işləri ilə əlaqədar qısa müddətli hərəkətə məhdudiyyət tətbiq olunacaq. 11-12-15-20-36-44-54-62-70-94-214 nomreli marşrut xətləri üzrə hərəkət edən sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə edilir".