“Excelsior Hotel Baku” birinci oldu

“Media Consulting & Services” şirkəti 2016-cı ilin iyun ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb.

"Media Consulting & Services" şirkəti 2016-cı ilin iyun ayında mətbuatda ən çox xatırlanan otellərin adlarını açıqlayıb. "OLAYLAR"-ın xəbərinə görə, şirkətin apardığı araşdırmalara əsasən "Excelsior Hotel Baku" oteli iyun ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. Iyun ayında "Excelsior Hotel Baku" otelinin fəaliyyəti ilə bağlı mətbuatda 279 məlumat işıqlanmışdır. Media monitorinq 10 televiziya, 35 çap və 170 online media daxil olmaqla 215-dən çox mənbədə işıqlanan məlumatlar say, xarakter və məzmun üzrə təhlil edilərək, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. "AtaHolding" ASC Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilara Zamanova bildirib ki, "Excelsior Hotel Baku"nun fəaliyyəti, xidmətləri və yenilikləri haqqında geniş məlumatın təqdim edilməsi otelin fəaliyyəti üçün böyük əhəmiyyət daşıyır.

Qeyd edək ki, "Excelsior Hotel Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00