Fikrət Fərəməzoğlu barəsində məhkəmə qərarı verildi
Nərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.
4 İyul 2016 12:36 SosialNərimanov Rayon Məhkəməsi Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu barəsində həbs-qətimkan tədbiri seçib.
Bu barədə vəkil Nemət Kərimli məlumat verib.
O bildirib ki, F.Fərəməzoğlu hədə-qorxu ilə pul tələb etmədə ittiham olunub. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, F.Fərəməzoğlu iyulun 1-də saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00