Arzu Rəhimov Beyləqanda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Beyləqan rayon şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.
4 İyul 2016 12:00 SosialAzərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Beyləqan rayon şöbəsinin inzibati binasında vətəndaşları qəbul edəcək. "OLAYLAR"-ın Dövlət Xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 21-də baş tutacaq qəbulda Beyləqan, İmişli, Füzuli, Ağdam və Ağcabədi rayonlarının sakinləri iştirak edəcək. Qəbula yazılmaq istəyən vətəndaşların 20.07.2016-cı il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.