“Strateji təhlil” jurnalının növbəti sayı çapdan çıxıb
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan “Strateji təhlil” jurnalının 2016-cı il üçün ilk sayı işıq üzü görüb. “OLAYLAR”-ın SAM-a istionadən verdiyi xəbərə görə, jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir.
4 İyul 2016 11:58 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə rüblük dövri nəşri olan "Strateji təhlil" jurnalının 2016-cı il üçün ilk sayı işıq üzü görüb. "OLAYLAR"-ın SAM-a istionadən verdiyi xəbərə görə, jurnalın redaksiya heyətinin sədri akademik Ramiz Mehdiyevdir. Jurnalının 1-2(15-16)-ci sayının "Milli inkişafin strateji prioritetləri" adlı birinci bölməsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdir müavini, iqtisad üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin "Multikultural dəyərlər "ilkin" və "sonraki" müxtəliflik prizmasinda", SAM-ın direktoru Fərhad Məmmədovun "Müasir dövrdə hərbi-siyasi proseslər: mahiyyəti, modelləri və əsas inkişaf meyilləri", Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfovun "Azərbaycan Respublikasının multikulturalizm siyasətinin onun xarici siyasətinə təsiri" adlı məqalələri öz əksini tapıb. Məqalələrdə qərbsayağı multikulturalizmin böhranı və ya məğlubiyyəti ilə bağlı mülahizələr nəzərdən keçirilib.
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" adlı ikinci bölmədə verilmiş AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin "Erməni iddialarının siyasi və mifoloji mahiyyəti" adlı məqaləsində heç bir elmi və hüquqi əsası olmayan erməni iddialarının mifoloji düşüncələr üzərində qurulub möhkəmləndiyi vurğulanır. Qeyd edilir ki, ermənilər öz tarixlərini olduğu kimi deyil, real həqiqətlərdən uzaq, görmək istədikləri kimi yazır və bunun təbliğatını aparırlar.
Jurnalın digər bölmələrində də müxtəlif məqalələr verilib.