Qara Qarayev prospektinin bir hissəsi açılır

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilərstansiyası) olan hissədə təmirdən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar iyulun 4-dən 5-nə keçən gecə prospektin Şirin Mirzəyev küçəsindən (metronun Qara Qarayev stansiyası) Rüstəm Rüstəmov küçəsinə qədər (metronun Neftçilərstansiyası) olan hissədə təmirdən sonra avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, əks istiqamətdə, yəni Rüstəm Rüstəmov küçəsindən Şirin Mirzəyev küçəsinə qədər olan hissədə isə təmir işləri ilə əlaqədar qısa müddətlik hərəkətə məhdudiyyət tətbiq olunacaq. Sürücülərdən təmir işləri aparılan müddət ərzində altyernativ olaraq Rüstəm Rüstəmov, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçələrindən istifadə etmələri tövsiyyə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00