Bakıda 9 mərtəbəli binada yanğın olub
İyunun 4-də səhər saatlarında paytaxtın Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsindəki 9 mərtəbəli binaların birində yanğın baş verib.
4 İyul 2016 11:36 Sosialİyunun 4-də səhər saatlarında paytaxtın Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsindəki 9 mərtəbəli binaların birində yanğın baş verib. "Olaylar" xəbər verir ki, yanğın binanın 6-cı mərtəbəsində olub. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Hadisə zamanı evdə heç kim olmayıb. Yanğın artıq söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi Fövqaladə Hallar Nazirliyinin açıqlmasından sonra bəlli olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00