Turistlər Azərbaycana gəlməkdən niyə imtina ediblər? Şok təfərrüat
Azərbaycana səfər etmək üçün otellərdə yerlər sifariş etmiş xarici turistlər sonradan həmin yerlərdən imtina ediblər.
4 İyul 2016 11:35 SosialAzərbaycana səfər etmək üçün otellərdə yerlər sifariş etmiş xarici turistlər sonradan həmin yerlərdən imtina ediblər. "OLAYLAR"-ın verdiyi xəbərə görə, turistlərin otellərdə əvvəlcədən sifariş etdiyi yerlərdən imtina etməsinə səbəb 2-5 aprel döyüşləri olub. Məlumata görə, mart ayında bir sıra xarici ölkələrdən yüzlərlə turist Azərbaycana səfər etmək üçün otellərdə yerlər sifariş edib. Lakin aprelin əvvəlində təmas xəttində baş verən erməni təxribati və dördgünılük müharibə turistləri bu niyyıətindən çəkindirib.
Qeyd edək ki, xarici turistlərin əksəriyyəti Naftalandakı sağlamlıq və istirahət mərkəzləri üçün sifariş veriblər. Bu rayonun bir qədər cəbhəyə yaxın məsafədə yerləşməsi və aprel müharibəsi onları Azərbaycana səfər etmək fikrindən daşındırıb.