Yeni əməliyyat sisteminə “Nuqa” adı verildi
“Google” şirkəti özünün rəsmi “Twitter” səhifəsində bu yayın sonunda istifadəyə verilməsi nəzərdə tutulan yeni “Android N” əməliyyat sisteminin adını açıqlayıb.
1 İyul 2016 19:53 Sosial"Google" şirkəti özünün rəsmi "Twitter" səhifəsində bu yayın sonunda istifadəyə verilməsi nəzərdə tutulan yeni "Android N" əməliyyat sisteminin adını açıqlayıb.
İKT.lent.az-ın xəbərinə görə, aparılan rəy sorğusu nəticəsində "Nougat" (Nuqa) adına üstünlük verilib. Halbuki son ana qədər "Nutella" adının seçiləcəyi gözlənilirdi. Görünür, "Google" ilə "Nutella" razılaşa bilməyiblər.
Maraqlıdır ki, çoxsaylı türkiyəli istifadəçilər sorğuda "Namık" adını təklif ediblər.
İlkin məlumatlara əsasən yeni əməliyyat sisteminin əsas üstünlükləri avtonom iş vaxtının artması, virtual reallığın dəstəklənməsi, multipəncərə sistemi, çoxvəzifəlilik imkanlarının genişləndirilməsi, eləcə də ani əlavələr olacaq. "Android Nougat"da cihazların fon yenilənməsi rejimi də olacaq ki, bunun sayəsində OC cihazın bir bölməsi proqram təminatı yenilənməsinin quraşdırılması, digəri isə iş məqsədilə istifadə ediləcək.