Terror təhlükəsindən necə qorunuruq?
Məlumdur ki, XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yaranıb. Bununla əlaqədar hərbi cəhətdən qüdrətli dövlətlər arasında rəqabətdən doğan köhnə təhlükələr arxa planda qalıb. Artıq nüvə qarşıdurması və digər super silahların istifadəsi ilə aparılacaq müharibə təhlükələri "köhnə" hesab edilir.
1 İyul 2016 15:27 SosialMəlumdur ki, XXI əsrin əvvəllərində beynəlxalq təhlükəsizlik üçün yeni təhdidlər yaranıb. Bununla əlaqədar hərbi cəhətdən qüdrətli dövlətlər arasında rəqabətdən doğan köhnə təhlükələr arxa planda qalıb. Artıq nüvə qarşıdurması və digər super silahların istifadəsi ilə aparılacaq müharibə təhlükələri "köhnə" hesab edilir. "Yeni" təhlükələrə beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr və beynəlxalq hərbi müdaxilələr, ekoloji tarazlığın pozulması və s. problemlər daxildir. Bu isə müasir dövrdə istər milli səviyyədə, istərsə də beynəlxalq müstəvidə təhlükəsizliyin təmin edilməsinin bir istiqamətliliyini yox, ən müxtəlif sahələri əhatə edən beynəlxalq kompleks fəaliyyəti vacib edir. Bu tendensiya beynəlxalq aləmə uğurla inteqrasiya edən Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin edilməsini də ehtiva edir. Bir neçə gün öncə İstanbulun Atatürk hava limanında törədilən partlayış bütün bəşəriyyətin narahatçlığına səbəb olub. Çoxlu sayda insan tələfatı ilə müşahidə edilən terror aktı hətta dünya ölkələrini hərəkətə gətirib. Terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində onlarla insanın ölümü, yüzlərlə günahsız vətəndaşın yaralanması dünyaya meydan oxuyan ölkələrin də narahatçılığını əlindən alıb. Elə bu səbədən terror hadisələrinin törədilmə ehtimalı ən yüksək olan ölkələrin siyahısı açıqlanıb. Siyahı "İnstitute for Economics and Peace" adlı analitik təşkilat tərəfindən hazırlanıb. Siyahıda terror riskinin ən yüksək olduğu ölkələrin adları qeyd olunub. Türkiyə siyahıda 27-cidir. Azərbaycan isə 93-cü sırada yer alıb. Yəni, Azərbaycan terror riski az olan ölkələr sırasındadır. Siyahıda ilk yerlərdə İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyan qərarlaşıb. Bu ölkələrdə terror riski çox yüksəkdir. Maraqlıdır, Azərbaycanda baş verə biləcək terror hadisələrinin qarşısının alınması istiqamətində hansı təhlükəsizlik tədbirləri həyata keçirilir? Qeyd edək ki, Azərbaycan terrora məruz qalan ölkə oduğundan insanlarda terror xofu yaranıb. Lakin hüquq mühafiqə orqanları terror təhlükəsilə bağlı iddiaları əsassız sayır. Bildirilir ki, Azərbaycanda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Ümumiyyətlə, ölkə daxilində eriminal vəziyyətə nəzarət olunur. Araşdırmalar deməyə əsas verir ki, doğrudan da insanların kütləvi hərkət etdikləri ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Xüsusilə, metri stansiyalarında, aereport ərazisində təhlükəsizlik tədbirləri açıq-aydın müşahidə olunur. Lakin bütün sadalananlara baxmayaraq İstanbulun Atatürk hava limanında törədilən partlayışdan sonra dünya dövlətlərinin əksəriyyətində təhlükəsizlik tədbirlərinin zəif olması məsələsi gündəmə gəldi. Ekspertlər hesab edirlər ki, dünyanın hazırki mürrəkkəb şəraitndə , terror təhlükəsinə qarşı mübarizə mütəmadi aparılmalıdır. Azərbaycan isə bu məsələyə daha həssas yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. Erməni millətindən olan bir çox şəxs isə beynəlxalq terror təşkilatlarında təmsil olunur. Yaddan çıxarmaq olmaz ki, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bu yana Azərbaycan dəfələrlə erməni terror qruplarının törətdiyi terraktlarla üz-üzə qalıb. 1980-ci illərin axırı, 90-cı illərin əvvəllərində yüzlərlə soydaşımız terrorun qurbanı olub. Yaxın keçmişdə hər kəsin xatırladığı ADNA terroru baş verdi. Azərbaycan dəfələrlə bu kimi terror aktları ilə üzləşib. Ötən dövr ərzində Azərbaycanın xüsusi xidmət orqanları bu kimi halların qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçiriblər. Hüquq-mühafizə orqanları tərəfindən müxtəlif terror hadisələrinin qarşısı alınıb və təxribatçı qruplar məhv edilib. Lakin terror elə bir bəladır ki, "hər şey qaydasındadır" deyib arxayınlaşmaq olmaz. Terrora qarşı daim mübarizə aparılmalıdır. Terror aktları həyata keçirə biləcək bütün dəstələrin qarşısı alınmalıdır. Mütəxəssislər hesab edirlər ki, strateji əhəmiyyətli yerlərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsinə ehtiyac var. Azərbaycanın ictimai nəqliyyatında, strateji əhəmiyyətli yer sayılan Bakı Metropolitenində və hava limanlarında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi vacibdir. Nəzər almaq lazımdır ki, terror siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına baxmayaraq, ekstremizmin digər formalarından onunla fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri hüquqaziddir. "Terrorizm`ə qarşı mübarizə" haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən terrorizm dedikdə, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq və ya dövlət hakimiyyəti orqanları tərəfindən terrorçuların maraqlarına cavab verən qərarların qəbul edilməsinə nail olmaq məqsədilə insanların kütləvi şəkildə qırılmasına, onlara bədən xəsarəti yetirməsinə, yaxud səhhətinə başqa cür zərər vurulmasına, habelə başqa ağır nəticələrə səbəb olan əməllərin törədilməsi və ya bu cür əməllərin törədilməsinə yönələn hədə başa düşülür. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd formalardan törədilən terrorçuluğa da aiddir. Üstəlik dünyada terror təşkilatlarının sayı da kifayət qədərdir. Bu isə o deməkdir ki, qarşısına terror törətmək istəyi qoyan istənilən təşkilat ən müztəlif vasitələrlə hədəfə çata bilər. Məhz bu səbədən nəinki hüquq mühafizə orqanları, eləcə də bütün cəmiyyət sayıq olmalıdır.
Nurlan