"Multikulturalizm alternativsiz həyat tərzi"dir devizi altında sərgi təşkil olunub

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”nın 19-cu bəndində dövlət rəsm qalereyalarında “Multikulturalizm alternativsiz həyat tərzidir” devizi altında silsilə sərgilərin təşkili Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2016-cı il tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsinə dair Tədbirlər Planı"nın 19-cu bəndində dövlət rəsm qalereyalarında "Multikulturalizm alternativsiz həyat tərzidir" devizi altında silsilə sərgilərin təşkili Mədəniyyət və Turizm Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına həvalə olunub. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Neftçala Dövlət Rəsm Qalereyası "Multikulturalizm alternativsiz həyat tərzi"dir devizi altında sərgi təşkil edib. Multikulturalizm haqqında məlumat vererek Neftçala Rayon Mədəniyyət və Turizm şöbəsinin müdirəsi Elmira Kazımova sərginin açılışını etdi. Qalereyanın rəssamı Dadaşov Dadaş sərgi iştirakçılarına rəsm əsərləri haqqında ətraflı məlumat verib. Umudov Şamxal Elçin oğlu və İsmiyeva Əfsanə Elşən qızına Tərifnamə təqdim olundu. Sərgi həzin musiqi sədaları altında davam etdi. Sərgi iştirakçıları sərgini maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00