Uğurlu siyasət Azərbaycanın inkişafının əsasını təşkil edir

Son bir neçə ildir ki, dünya özünün ən çətin və ağır günlərini yaşayır. Bir çox ölkələrdə qarşıdurmalar, müharibələr, terror aktları, iqtisadi-siyasi böhranlar insanları sınağa çəkir. Bu da itkilərə, çətinliklərə, sərhədlərin pozulmasına yol açır”.

Son bir neçə ildir ki, dünya özünün ən çətin və ağır günlərini yaşayır. Bir çox ölkələrdə qarşıdurmalar, müharibələr, terror aktları, iqtisadi-siyasi böhranlar insanları sınağa çəkir. Bu da itkilərə, çətinliklərə, sərhədlərin pozulmasına yol açır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına millət vəkili Tahir Rzayev səsləndirib. O, bildirib ki, xüsusilə, dünya iqtsadi böhranı təbii şəraitindən, tutduğu mövqedən, böyük və kiçikliyindən asılı olmayaraq hər bir dövlətə müəyyən dərəcədə təsir göstərir: "Ancaq reallıqların düzgün qiymətləndirilməsi, ölçülüb-biçilən iqtisadi siyasət, ölkələrarası əməkdaşlığın genişləndirilməsi, görülən ardıcıl tədbirlər və həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda bu böhranın təsirlərini azaltmaq mümkün olub. Qlobal səviyyədə cərəyan edən mürəkkəb siyasi, iqtisadi, proseslərin mənfi təsirlərinə bir çox ölkələr tab gətirə bilmədiyi halda sevindirici haldır ki, ölkəmizdə böhranın təsirləri ciddi çətinliklər yaratmayıb, ölkə iqtisadiyyatı dayanıqlı inkişaf tempini qoruyub saxlayıb. Beləliklə, uğurlu siyasət Azərbaycanın inkişafının əsasını təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00