SOS! Gənclərin beynini zəhərləyənlər var

Bu günlərdə Türkiyənin İstanbul şəhərindəki Hava Limanında həyata keçirilən terror aksiyası, bu terrakt nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması terrorizmə qarşı mübarizəinin aktuallığını bir daha artırıb. İstanbul terroru haqlı olaraq diqqətləri bu gün bəşəriyyəti ciddi şəkildə təhdid edən İŞİD terror təşkilatına yönəldib.

"Maarifpərvər insanlara üzümü tutub deyirəm ki..."

"Açıq-aşkar ölkə rəhbərliyini, onun vətəndaşlarını təkfir edən bu zümrə kifayət qədər dərin köklərə sahibdirlər"

Bu günlərdə Türkiyənin İstanbul şəhərindəki Hava Limanında həyata keçirilən terror aksiyası, bu terrakt nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması terrorizmə qarşı mübarizəinin aktuallığını bir daha artırıb. İstanbul terroru haqlı olaraq diqqətləri bu gün bəşəriyyəti ciddi şəkildə təhdid edən İŞİD terror təşkilatına yönəldib. Elə terraktdan dərhal sonra Türkiyə mediasının yaydığı məlumatlarda da İstanbul terrorunun İŞİD tərəfindən həyata keçirildiyi versiyasını təsdiqləyib. Artıq İstanbul terrorunda İŞİD-in əlinin olduğu hər kəsə bəllidir. Maraqlıdır ki, İŞİD-in İstanbul terrorunda günahkar bilinməsi müəyyən dairələri narahat etməyə başlayıb. Həmin dairələr qətiyyətlə bunu rədd edir, İŞİD-ə mələk donu geyindirməyə çalışırlar. Təəccüblüsü odur ki, Azərbaycanda da bu kimi qüvvələr mövcuddur və onlar sosial şəbəkələrdə yazdıqları status ilə terror təşkilatı tərəfdarı olduqlarını açıq büruzə verirlər. Elə ilahiyyatçı Hacı Ceyhun Şükürov da bu qənaətdədir. Onun sözlərinə görə, İŞİD terror təşkilatına qarşı nümayiş etdirdiyi mənfi münasibətə görə, hətta terror təşkilatının Azərbaycandakı əlaltıları tərəfindən təhqir də olunur: "İstanbul Hava Limanında baş vermiş qanlı terror hadisəsi ilə bağlı bir statusumda Türkiyə KİV-na məxsus turkiyegazetesi.com.tr saytına istinadən məlum hadisəni İŞİD öz üzərinə götürdü deyə bir fikir yazdım. Sən demə bizim ölkədə kifayət qədər İŞİD tərəftarı var imiş. Açıq-aşkar nümayişkəranə, həm də mübarək bir ayda Ramazanda oruclu olduğu halda mənə qarşı olmazın təhqir və nalayiq ifadələr işlədən belə oldu. Bu hal heç də ölkədə dini zəmində normallaşmadan xəbər vermir. Dini dözümsüzlük nümayiş etdirən bu insanlar hər an istənilən təhlükəni yarada bilərlər. Açıq-aşkar ölkə rəhbərliyini, onun vətəndaşlarını təkfir edən bu zümrə kifayət qədər dərin köklərə sahibdirlər. Sosial şəbəkələrdə "at oynadan" bu qaranlıq zümrənin təəssübkeşləri özləri İslama nisbət etsələr də, bu müqəddəs dinin əsas meyarlarından olan əxlaqdan tamamən kənar davranaraq öz iç üzlərini nümayişkəranə hərkəsə göstərirlər. Bunlar İslam Peyğəmbərinin "Müsəlmanın müsəlmanı söyməsi fasiqliq, öldürməsi isə küfürdür" hədisini hər halda unudurlar. Bu həmin zümrədir ki, Hz Əlini küfürdə ittiham edib ona qarşı çıxdılar. O, böyük İslam böyüyünə kafir belə deməkdən çəkinmədilər.

Allahın sağlığında Cənnətlə müjdələdiyi Peyğəmbərin bir çox hədislərində həm elminə həm şücaətinə, fərasətinə qorxmaz, igid cəsarət nümunəsinə əxlaq müəlliminə öz nəfsini daim başqalarından aşağı görən şəxsi mənafeyini İslama qurban verən birini küfürdə ittiham edib, onu kafir adlandırıb mübarək Ramazan ayında qətl etməkdən çəkinmədilər. Namaz üstündə o həzrəti xəncərlədilər. Həmin zümrədir ki, əsrlər boyu İslama və insanlığa zərərləri sonzuz dərəcədədir. Bu zümrənin işi ancaq müsəlmanları təhqir etməkdir, onları təkfir edib mallarına canlarına və namuslarına göz dikirlər". İlahiyyatçının sözlərinə görə, bu xavaric və təkfir fitnəsi Azərbaycanda elə bir formada yayılmışdır ki, bunların ardıcılları və təəssübkeşləri onlara müxalif olan hərkəsi düşmən təyin edib, aldadıcı şüarlarla insanların zehnini, xüsusən dini biliyi az olan fanatik gənclərin beynini zəhərləməyə nail ola bilmişlər. Bu şəxlər real təhlükə mənbəyidir, bunlara qarşı marifləndirmə, xüsusi təhqiqat üzrə aparılmalıdır. Bunun üçün sahabələrin və tabiinlərin bunlara qarşı apardıqları mübarizə metodlarından məharətlə istifadə etmək lazımdır. İstər Hz Əlinin ibn Abbası xəvariclərin üstünə göndərərkən ondan tələbi, istərsə də İbn Abbasın öz mərifəti və fərasəti onlara Quranı quranla izah etməyi 200 xaricinin üz döndərməsinə səbəb oldu. İnsanları amansızcasına qətl edən bir zümrə necə islahedici ola bilər. Öz çirkin videolarını hələ bunlar utanmadan da guya yaxşı iş görürmüş kimi yayırlar. Maarifpərvər insanlara üzümü tutub deyirəm ki, çalışın gəncləri İslamın əslinə uyğun ilkin mənbələrdə olduğu kimi öyrənmələrinə şərait yaradın. Sonradan bu kimi neqativ hallar baş verməsin, hansısa qruplaşmanın bir üzvünə çevrilməsin".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00