Qəbələdə Beynəlxalq Tələbə Konfransı keçirilir

Qəbələ şəhərində "Gənclərin Dialoqu - Beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması" mövzusunda Beynəlxalq Tələbə Konfransı keçirlib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, konfransda "Gömrük potensialının gücləndirilməsi" adlı sessiyada "21-ci əsrdə gömrük potensialının gücləndirilməsi - gələcəkdə necə uğur əldə etmək olar" adlı ilk məruzə ilə sessiyanın moderatoru, Gömrük işinin modernləşdirilməsi üzrə məsləhətçi Hendrikus van Zandvijk çıxış edib. Daha sonra Münster, Ukrayna Gömrük və Maliyyə Universiteti, Rusiya Federasiyasının Şimal-Qərb İdarəçilik İnstitu, Macarıstan Milli Dövlət Quluğu Universitetinin müəllimləri, Beynəlxalq Gömrük Universitetləri şəbəkəsinin, Makedoniya gömrük xidmətinin mütəxəssisləri müxtəlif mövzularda öz fikirlərini iştirakçılarla bölüşüblər. Ardınca "Gömrük risklərinin təhlili və idarə edilməsi" adlı 2 sessiyada isə müxtəlif ölkələrdən olan tanınmış alimlərin, gömrük mütəxəssislərinin və tələbələrin təqdimatında "Risklərin idarə edilməsi", "Gömrük işi sahəsində saxtakarlıq riskləri", "Utilizasiya haqqı: Rusiya Federal Gömrük Xidmətinin ümumi baxışı və praktiki yanaşması", "Yüklərdə risklərin təhlili və idarə edilməsi ilə bağlı gömrüyün təcrübələri (Liszt Ferenc Beynəlxalq hava limanında)", "İttifaqın gömrük məcəlləsində gömrük borcunu tənzimləyən qanunlar", "İmkanlar və təhlükələr - beynəlxalq ticarətdə ikili təyinatlı mallar", "Gömrük nəzarətində risklərin təhlili", "Beynəlxalq ticarətdə gömrük işi sahəsində təhdidlərin səbəb olduğu problemlər. Təhlil və nümunələr", "Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə" mövzularında çıxışlar olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00