5 ildə 5500 mütəxəssis işə qəbul olunub
1 İyul 2016 12:17 SosialSon 10 ildə ədliyyə orqanları hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilərək 5.500-ə yaxın mütəxəssis işə qəbul edilib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı xüsusilə diqqətdə saxlanılır, hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir. Qulluğa qəbul prosedurları da xeyli sadələşdirilib, test imtahanında iştirak etmək üçün elektron qaydada ərizə ilə müraciət etmək kifayətdir və müsabiqələr mütəmadi xarakter daşıyır. Eyni zamanda, Ədliyyə Akademiyasında peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunaraq uğur qazanan namizədlər icbari təlimə cəlb edilirlər. Həmçinin bildirilib ki, kadrların potensialından səmərəli istifadə olunması məqsədilə təkcə ötən il 330 nəfər vəzifədə irəli çəkilib, rotasiya prinsipi ilə 100 nəfərin iş yeri dəyişdirilib. Ümumiyyətlə isə, son illərdə 150-dək əməkdaş yuxarı dövlət hakimiyyəti orqanlarına, həmçinin rəhbər vəzifələrə irəli çəkilib, hakim təyin olunublar.