Multikulturalizm region gəncləri arasında təbliğ olunur

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Xızı şəhərində "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği" adlı layihəsi çərçivəsində növbəti konfransını keçirəcək. Bu barədə məlumat "OLAYLAR"-a İctimai Birlikdən daxil olub. Bildirilib ki, layihənin məqsədi Azərbaycan multikulturalizminin və tolerantlığının təbliği ilə bağlı region gənclər arasında ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunmaları üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizmi haqqında rayonlarda konfransların keçirilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00