Uşaqlarda artıq çəki - Valideynlərin rolu nədən ibarətdir?
30 İyun 2016 20:00 SosialKanadalı psixoloqlar bildirib ki, tədqiqat çərçivəsində artıq çəkisi olan yeniyetmələr və onların valideynləri ilə münasibətləri arasında əlaqəni müəyyən ediblər.
Bu yeniyetmələr valideynləri ilə münasibətləri haqqında danışıb, sonra həkimlər onları müayinə edib. Tədqiqatda 3 min 700 qız və 2 min 600 oğlan iştirak edib. Məlum olub ki, oğlanların yarısı, qızların isə hər on nəfərdən altısı valideynləri ilə yaxşı münasibətlərdə olub. Bu yeniyetmələr yaşıdlarına nisbətən daha az mədə-bağırsaq traktı problemləri ilə üzləşib, eləcə də onlar idmanla daha çox məşğul olub, artıq çəkidən əziyyət çəkməyib və özlərini nisbətən daha yaxşı hiss edib. Həmçinin bu yeniyetmələr "fast-fud" yeməklərini az yeyib və yuxu problemləri ilə üzləşməyib. Ailə problemləri olan yeniyetmələrdə isə artıq çəki problemi olub, həm də bəzi hallarda bu, piylənmə deyil, anoreksiyaya səbəb olub.Tədqiqatçılar bu nəticəyə gəlib ki, piylənməyə gətirib çıxaran qidalanma vərdişinin səbəbkarı dostlar yox, məhz valideynlərdir.