Bakıda mənzili banka girov qoyulan qadın aldadıldı
30 İyun 2016 17:57 SosialBakı şəhərində daha bir şəxsə qarşı dələduzluq edilib.
Report bildirir ki, xəbərinə görə 39 yaşlı Sevinc Zülfüqarova hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, ona qarşı dələduzluq olub.
Onun sözlərinə görə, 2015-cü ilin mart ayında Səbuhi Məhəmmədəli adlı şəxs onu aldadaraq Nərimanov rayonu Çəmənzəminli küçəsi 53 ünvanında yerləşən mənzilini Pakistan Milli Bankının Bakı şəhərindəki filialında girov qoyaraq 115 min manat məbləğində kredit götürüb. Lakin indiyədək S.Məhəmmədəli S.Zülfüqarovanın evini və ya müvafiq məbləğdə pulunu ona qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00