1252 sahibkara güzəştli kredit verilib
30 İyun 2016 16:18 Sosial2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu barədə məlumatı Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev verib. Ş.Abdullayev bildirib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.