Azərbaycan Konqreslər Bürosu təlim təşkil edib
30 İyun 2016 15:34 SosialÖlkəmizin turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Azərbaycan Konqreslər Bürosu cari il üçün nəzərdə tutulan təlimlərdən daha birini müvəffəqiyyətlə həyata keçirib. "OLAYLAR"-ın xəbərinə görə, səyahət təşviqi təcrübəsinin qazanılmasına həsr olunan növbəti təlim iyun ayının 29-da "JW Marriott Absheron Hotel Baku" mehmanxanasında baş tutub. Büro tərəfindən keçirilən təlimlərdə yenidən səyahət təşviqi sahəsinə toxunulmasının əsas məqsədi ölkəmiz üçün xüsusi həvəsləndirici səyahət ideya və planlarının işlənib hazırlanmasıdır. Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Büronun təlimlərin təşkilində əsas amalı Azərbaycanın turizm potensialının tanınması və ölkənin tanıdılması vasitəsilə daha çox beynəlxalq sərmayələrin cəlb olunmasıdır.