QHT koalisiyası: “Türkiyədəki faciəni öz acımız hesab edirik”

İyunun 28-dən 29-na keçən gecə Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Beynəlxalq Hava Limanında törədilən qanlı terror hadisəsi ilə bağlı "Azərbaycan Həqiqətləri Uğrunda Koalisiya"sına daxil olan QHT-lər "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" İctimai Birliyi, "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyi, "Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi, "Mədəni İnkişaf Mərkəzi", "Regionların sosial-iqtisadi inkişafı" İctimai Birliyi, Azərbaycan Birlik Təşkilatı, "Sağlam mühit, sağlam gələcək" İctimai Birliyi digər Təşkilatlar Türkiyə Cümhuriyyətinə və xalqına başsağlığı verib. Qeyd edilib ki, Türkiyənin İstanbul şəhərindəki "Atatürk" Beynəlxalq Hava Limanında xaincəsinə törədilmiş qanlı terror hadisəsi digər terror hadisələri kimi bizi sarsıdır və bunu öz acımız olaraq qəbul edirik". "Koalisiya adından Qarabağ qaziləri qardaş Türkiyə Cümhuriyyətinə və Türk xalqına dərin hüznlə başsağlığı verir, terrorun qurbanı olmuş insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Terrora heç kim haqq qazandıra bilməz. Terrorçuların əsl məqsədi qan, kütləvi ölümlər və qorxu yaratmaqdır. Bu qanlı terror bir millət olaraq bizi dərindən hiddətləndirir. Terrorçuların öz mənfur əməllərinə çatmaması üçün biz mübariz və mətin olmağı bacarmalıyıq. Terroru dəstəkləyənləri lənətləyirik!" 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00