Türkiyənin Rusiyadakı səfirliyi qarşısında anım tədbiri keçirildi

Türkiyənin Moskvadakı səfirliyi qarşısında İstanbulda baş verən terror qurbanlarının xatirəsi anılıb. "OLAYLAR"-ın xəbərinə görə, Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan,Türk diaspor və Rusiya ictimaiyyət nümayəndələrinin iştirakı ilə İstanbulun Atatürk hava limanında baş vermiş terror aktında dünyasını dəyişən insanları yad etmək məqsədilə Türkiyənin Rusiyadakı səfirliyinin qarşısına toplaşıblar. Səfirliyin önünə gül dəstələri qoyub, dünyasın dəyişənlərin ruhuna dualar oxuyub, terror qurbanlarının xatirəsini yad ediblər. İştirakçılar birlik nümayiş etdirərək terror aktını qətiyyətlə pisləyib, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər Azərbaycanın və Rusiyanında Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dini nə də milləti olmadığını vurğulayıb, bu çətin və ağrılı gündə bütün Azərbaycan və Rus gəncliyinin Türkiyənin yanında olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00