Veysəloğlu Şirkətlər Qrupuna “Caspian European Club”un üzvlük sertifikatı təqdim olunub
30 İyun 2016 13:43 SosialBakıda Vergilər Nazirliyi və "Caspian European Club"un (Caspian Business Club) təşkilatçılığı ilə baş tutan biznes-forumda Veysəloğlu Şirkətlər Qrupuna üzvlük sertifikatı təqdim olunub. Şirkətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Vergilər Nazirliyinin rəsmilərinin iştirak etdiyi biznes-forumda Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə aparılması planlaşdırılan islahatlar müzakirə edilib. Tədbirdə "Caspian European Club"la dövlət qrumları arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli istiqamətində bu dövlət qurumları arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulduğu diqqətə çatdırılıb. Son vaxtlar vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə forum iştirakçılarına məlumatlar verilərək bildirilib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməl etməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən "Caspian European Club"la sıx əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır.