Almaniya Kriminal Polisinə şikayət edilən azərbaycanlı dələduz kimdir?
Bu günlərdə sosial şəbəkələr üzərindən Azərbaycanın birinci xanımı, o cümlədən Prezidentin digər ailə üzvləri haqqında həqiqətə uyğun olmayan, kobud və qərəzli fikirlər paylaşılır.
30 İyun 2016 13:21 SosialOnu keçmiş ABU rektoru ilə nə bağlayır?
Bu günlərdə sosial şəbəkələr üzərindən Azərbaycanın birinci xanımı, o cümlədən Prezidentin digər ailə üzvləri haqqında həqiqətə uyğun olmayan, kobud və qərəzli fikirlər paylaşılır. Bu kimi həqiqətəuyğun olmayan paylaşımlara qarşı öz sərt münasibətini ifadə edən və həmən materialların dərc edilməsində maraqlı olanlara qarşı mübarizə aparan, Almaniya Azərbaycan Mədəniyyət evinin sədri, Dünya Azərbaycanlıları Assambleyasının Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyev bildirib ki, bu tərbiyəsizliyin müəllifi Almaniyada özünə siyasi sığınacaq almaq istəytən Riyad Əliyevdir: "Riyad Əliyev fırıldaqçılıq yolu yüzlərlə insanı gözü yaşı qoyaraq, bir sıra ailələrin çörək pulunu belə əllərindən alaraq onları naəlac vəziyyətdə qoyub. Bu durumun qarşısının alınması üçün müvafiq orqanlara müraciət etməyə hazırlaşıram. Almaniya Ombudstmanına, Almaniya Kriminal Polisinə müraciət etmək niyyətindəyəm. Əlbbəttəki, bütün təhqir və qanunsuzluqların mütləq cavabı veriləcəkdir". Rəşad Quliyev deyir ki, Riyad Əliyevin arxasında duran qüvvə isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevdir: "Bu Elşad Abdullayev, Riyad Əliyev və Qabil Rzayev üçlüyünün gördüyü əməllərdir. Prezidentin ailə üzvlərinin hədəfə alınmasının birbaşa təşəbbüskarı keçmiş ABU rektoru Elşad Abdullayevdir. Əmrləri də, elə o verir. Riyad Əliyev və Qabil Rzayev isə sadəcə onun əmrlərinə tabe olan "insanlar"dır. Maraqlısı odur ki, Elşad Abdullayev Azərbaycanda yaşadığı müddətdə heç vaxt siyasi fəaliyyətlə məşqul olmayıb. Əksinə o biznes fəliyyəti ilə məşqul olub. Hazırda Elşad Abdullayev Azərbaycanda geniş bizness şəbəkəsinə sahibdir. Elşad Abdullayev "diktatura" adlandırdığı ölkədə heç bir biznes obyektinə toxunulmayıb və o hazırda sərbəst şəkildə biznes fəaliyyəti ilə məşquldur. "Diktatura" rejimi élan etdiyi ölkədə Elşad Abdullayevin özü böyük bir universitetin rektoru, digər tərəfdən Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının müəllimi, qardaşı Respublika Prokurorluğunun idarə rəisi, qardaşı oğlu və bacısı uşaqları hüquq mühafizə sistemində, ədliyyə sistemində işləyiblər. Universitetdə ABU-ya rəhbərlik etdiyi dövrdə yəqin ki, xatırlayarsınız, ABU-ya el arasında "bazar" adı da verilmişdi. Yeganə təhsil mərkəzi idi ki, tələbələri ən aşağı balla daxil olub hüquq fakültəsində təhsil alırdılar. Böyük korrupsiya faktları və cinayət işlərinin üstü aşkar ediləndən sonra ABU-nun lisenziyası təbii ki, ləğv olunur". DAA rəsmisi həmin şəxslərə Azərbaycanda dəstək verən şəxslərin olduğunu da deyib: "Mən də, hesab edirəm ki, Azərbaycanın özünün daxilindən bu kimi insanlara müəyyən dəstək verilir. Xüsusən də, Elşad Abdullayevə. Bilmirəm, fərqindəsizsə, Elşad Abdullayevə qarşı səslənən neqativ fikirlərin yayımlanmasının qarşsısını alan müəyyən qüvvələr var. Bu işlə hesab edirəm ki, xüsusi olaraq, hüquq mühafizə orqanları məşğul olmalıdır. Bu məqamlar araşdırılmalıdır". Rəşad Quliyev bildirir ki, nə Qabil Rzayevin, nə də Riyad Əliyevin heç bir ciddi siyasi fəaliyyəti olmayıb: "Qabil Rzayevin hardasa müəyyən qədər siyasi fəaliyyəti olsa da, Riyad Əliyevin isə konkret olaraq heç bir siyasi fəaliyyəti olmayıb. Bu şəxsi ən qəti müxalifət partiyaları arasında belə heç kəs tanımayıb. Nədənsə Avropaya gəldikdən sonra Riyad Əliyev birdən birə "radikal müxalifətçi" donu geyməyə başladı və özünü müxalif kimi təqdim etmək üçün Alman Miqtrasiya İdarəsinə (Bundesamt) özünün siyasi müxalif olduğunu və bu üzdən də Azərbaycanda təqiblərə məruz qaldığını iddia edir. Bu pərdə altında da, gizlənmək üçün müxtəlif saytlar yaradaraq, ordan kimə gəldi, yalnız dövlət başçısının ailəsinə qarşı deyil, başqa-başqa adamlara qarşı söyüş və təhqirlər yağdırır. Maraqlısı budur ki, o Azərbaycanda həqiqətən siyasi fəaliyyəti olan şəxsləri də, təhqir edir və onları da, ölkədə "MTN-ə xidmət edən agentlər" adlandırır. Riyad Əliyev və Qabil Rzayev özlərini real müxalifət qüvvəsi kimi təqdim edir. Lakin bunun arxasında başqa məqsədlər yatır. Bir qədər sonra açıqlanacaq məqsədlərin arxasında nələrin gizləndiyin şahidi olacaqsınız. Digər bir şəxs Qabil Rzayev isə, mütəmadi olaraq, siz də, bilirsiz ki, Avropada onu "dilənçi" kimi tanıyırlar. Kimə çatdı pul istəyir. Hamımız onun dəfələrlə SOCAR-ı şantaj edərək pul dilənməsi məsələsindən xəbərdarıq. Qabil Rzayevlə ilgili bir məqamı danışmaq istəyirəm. Hesab edirəm, bu kiçik informasiyadan sonra onun kim olduğunu daha yaxşı anlamaq mümükün olacaq. Bilirsiz ki, Qabil Rzayev öz fırıldaqlarından dolayı bir neçə dəfə döyülüb. 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində Qabil Rzayev "Milli Şura"nın o zamanki sədri olan Rüstəm İbrahimbəyovun xaricdə təbliğatını aparmağa söz verir və ondan 10 min ABŞ dolları məbləğində pul alır. Amma verdiyi sözə əməl etmədiyi üçün, İbrahimbəyovun ətrafındakı insanlar tərəfindən Moskvada döyülmüşdü və bu gün bunun şahidi olan insanlar var, onlar da bunu təsdiq edə bilərlər. O bir zamanlar özünü İranın qəti tərəfdarı kimi qələmə verir, hazırda isə Türkiyə yönlü olub, özünü "Ərdoğançı" kimi qələmə verir". DAA rəsmisi onu da diqqətə çatdırıb ki, iki həftə öncə Almaniyanın "Bundesamt" dövlət orqanı tərəfindən, (Almaniyada miqrasiya işlərinə baxan dairədir) Riyad Əliyevin siyasi oturumla bağlı müraciətinə rədd cavabı verilib: "Bu isə o deməkdir ki, Almaniya höküməti Riyad Əliyevin siyasi mühacir olmasına inanmır. Əslində biz onun oturum ala bilməsindən dolayı təəcüblənmədik. Çünki Riyad Əliyevin adına Almaniyanın Kriminal Polisində kifayət qədər şikayətlər var. Yəni bu insana hazırda da, insanların çoxuna yalandan "sizə siyasi oturum alacam" kimi vədlər verərək, bir çox insanlardan bunun müqabilində pul alaraq, dolandırıcılıqla məşquldur. Həmin insanlar qarşısında da, güvənini itirəndən sonra, onlar təbii ki, pullarını geri istəyirlər. Pullarını geri ala bilmədikdə isə polisə şikayət edirlər. Məhz Riyad Əliyevin Alman polisində olan şikayətləri və eyni zamanda onun Alman miqrasiya orqanlarına yalan məlumat verdiyinə görə, onun Azərbaycana geri göndərilməsi təhlükəsi yaranıb. Buna görə də, o Almaniyada qalmaq üçün imzatoplama kompaniyasına başlayıb. Hesab edirəm ki, Azərbaycan hüququ mühafizə orqanları da, Riyad Əliyevlə bağlı cinayət materiallarını və çıxarılan məhkəmə hökmlərini Alman hökümətinə təqdim etməlidir. Onun Almaniyada siyasi oturum alması, Almaniya vətəndaşları üçün də, təhlükədir. Çünki bu insanın xisləti dələduzluqla yoğrulub. Heç kim zəmanət verə bilməz ki, Riyad Əliyev ertəsi gün Almaniyada da, Azərbaycanda törətdiyi dələduzluğu təkrarlamayacaq... Biz hazırda bununla bağlı Almaniya hökümətinə də, müraciət hazırlayırıq. Çünki əgər Almaniya höküməti Riyad Əliyev kimi dələduza oturum verərsə, bunun məsuliyyətinin birbaşa olaraq, Almaniya hökümətinin üzərində olduğunu bəyan edəcəyik".
Kamal