Azərbaycanlı qızın erməniyə ərə getməsi və yaxud...
30 İyun 2016 13:10 SosialTanıdığım və tanımadığım ermənilər
Mən canlı ermənini ilk dəfə illər öncə kirayədə qaldığım evin qonşuluğunda görmüşəm. 17 yaşım var idi, ali məktəbə imtahan vermək üçün Bakıya gəlmişdim. Şəhərin mərkəzində 4-5 mənzil yerləşən ümumi həyətdə balaca bir otaq kirayələyən bacımla qalırdım. Üzbəüzdəki iki ayrı-ayrı mənzildə ermənilər yaşayırdılar. Nə gizlədim, bu ermənilərlə üz-üzə gələndə çox sıxılırdım. Hiss edirdim ki, mənə yuxarıdan aşağı baxırlar, bəlkə də rişxənd edirmişlər, bilmirəm... o dərəcədə hissiyatlı deyildim. Həyətin mənə xoş olmayan qəribə bir aurası var idi.
Bir neçə gündən sonra öyrəndim ki, qonşuluqdakı azərbaycanlı ailənin oğlu sağdakı mənzildə yaşayan erməni qızı ilə "gəzir". O zamanlar "gəzir" sözünün nə anlama gəldiyini bilmirdim. Elə bilirdim ki, bir oğlanın bir qıza olan sevgisinə şəhərdə "gəzmək" deyirlər. Oğlan gecə növbəsində işləyirdi. Bəzən səhərlər valideynləri işə getdikdən sonra qızla qol-qola girib, ya da əl-ələ tutub həyətdən çıxırdılar. Mən pəncərənin yanında oturub kitab oxuyurdum. Hər dəfə qız məni barmağı ilə göstərib gülə-gülə oğlana nəsə deyirdi. Bu da məni çox ağrıdırdı. Hər iki qonşunun ailə üzvləri bir-biri ilə düz gəlmirdilər. Səbəb də azərbaycanlı ailənin oğlunun o qızla mehribanlığı idi. Bacım dedi ki, qız erməni olduğu üçün azərbaycanlı ailə oğullarının onunla evlənməsindən qorxurlar. Doğrusu, o vaxtlar ailənin narazılığını başa düşmürdüm. Nə olar ki, deyirdim, bir-birini sevirlər, qoy evlənsinlər. Uşaq ağlımla fikirləşirdim ki, "Əsli və Kərəm"dəki keşiş kimi araya girməyin nə mənası var?.. Universitetə qəbul olandan sonra o həyətdən köçdük. "Gəzənlərin" sonrakı aqibətindən xəbərim olmadı...
İllər keçdi. Çoxlu sayda erməni gördüm, çoxlu sayda erməni tanıdım. İç üzlərinə bələd oldum, çürük və xəbis niyyətlərini hiss edəcək qədər davranışlarındakı niyyətin astar üzünü anladım. Amma bunları büruzə verə bilmədim. Çünki SSRİ məkanında yaşayan azərbaycanlılar erməni xislətinin basqısı altında fikirlərini ifadə etməkdə qarşılarına çəkilən səddi aşa bilmirdilər.
Gözümü açandan "Əsli və Kərəm" dastanı, Nəriman Nərimanovun "Bahadur və Sona"sı, Aleksandr Şirvanzadənin "Namus"u ilə tərbiyələndim, "Atan kazaklardı" (Cəfər Cabbarlının "1905-ci ildə pyesindən) ruhu ilə böyüdüm, Mirzə Cəlilin "Usta Zeynal"ının fikirlərini, "Kamança"sının melodiyasını anlamaq üçün yanlış tərəfə yönləndirildim. Bəlkə də elə məhz bu səbəblərdən bir gün onların "dostluq, qardaşlıq" münasibətlərimizi tapdalayacaqlarını ağlımın ucundan belə keçirmədim. Ta o zamana kimi: təyinatla getdiyim Şamxor rayonunun "Ulduz" qəzetində işlədiyim illərdə paralel olaraq ermənicə çıxan "Şamxor" qəzetinin erməni əməkdaşlarının yekəxana davranışlarını, saymazyana münasibətlərini görənə kimi...
Amma nə faydası? Başımızın altına elə yastıq qoymuşdular ki, ayıla bilmirdik. Erməni qadınların azərbaycanlı ərlərindən doğduqları uşaqların belə bizə yuxarıdan aşağı baxmalarına əhəmiyyət vermirdik. Elə bilirdik ki, elə belə də olmalıdır. Elə bilirdik ən elitar ailə erməni ilə evlənən azərbaycanlı kişinin ailəsidi. Elə bilirdik öz sınıq-salxaq ləhcələri ilə üsdə rus dilində, dalda-bucaqda, öz aralarında erməni dilində danışan ermənilər sovet ailəsinin üst qatında yerləşməyə layiqdilər. Bəli, bəli, məhz belə bilirdik... belə öyrətmişdilər, belə tərbiyə vermişdilər- uşaq bağçasından tutmuş, orta məktəblər, ali məktəblər, iş yerlərinə kimi...
Qoynumuzda ilan bəslədiyimizin fərqində deyildik. 1988-ci ildə isti qoynumuzda bəslədiyimiz ilanlar bizi çaldı, ağrıya-ağrıya yuxudan ayıldıq. Başını əzə bildiklərimizi əzə bildik. Gücümüz çatıb əzə bilmədiklərimiz isə cildlərini dəyişdirib evimizin yuxarı başında bardaş qurub oturdular. Bu günə kimi də yerlərindən tərpənməyiblər. Alışdıq buna, hopdurduq qanımıza, canımıza.
Bu, məsələnin daxili tərəfidi. Bir də var ki, sərhəddən kənarda olanlar. Yenə də dünyanın dörd tərəfinə səpələnmiş erməni qadınlarının gözü azərbaycanlı kişilərdədir, var gücləri ilə çalışırlar ki, onları "ovlasınlar". Elə bu yaxınlarda Lilit adlı bir erməni müğənnisi azərbaycanlı kişidən uşaq doğmaq istəyini dilə gətirmişdi. Yeri gəlmişkən, Lilit adının hardan gəldiyini, nə anlam verdiyini tələbə yoldaşım Araz Qurbanov belə izah edir: "Yəhudiliyə (Talmuta) görə, Lilit Adəmin birinci arvadı olub. Allah onu da gildən yaradıb. Sonra Adəmlə yola getmədiyi üçün Allah onu İblisin məkanına atıb. Adəmin qabırğasından isə sözəbaxan Həvvanı yaradıb. O vaxtdan Lilit şeytanın sağ əli, ifritələrin rəhbəri sayılıb". Əslində şeytanilik erməni qadınlarının xislətində formalaşıb. Elə olmasaydılar azərbycanlı kişini çox məharətlə tələyə sala bilməzdilər. Özü də elə bir tələyə ki, adamın ordan xilas olması qeyri-mümkündü.
Amma daha ağrılı olan bilirsinizmi nədi? Azərbaycanlı qadının erməniyə ərə getməsi. Dediyim kimi tarixən erməni qadın azərbaycanlı ailənin gəlini olub, əksinə rast gəlmək nadir hallarda olub. Bir neçə gün öncə bu cür nadir izdivacdan biri sosial şəbəkələrdə "Türkiyə vətəndaşı olan azərbaycanlı qız erməni oğlanla evləndi" başlığı ilə video -xəbər şəklində paylaşıldı. Həmin görüntünün altından çoxlu sayda izləyici təhqir dolu sözlər yazsa da, Burhan Özdilək adlı izləyici məsələyə tam fərqli yanaşıb: "Sevginin milliyəti olmur. Siz Allahı fərqli sevirsiniz. Sevgiyə sayğılı olun. O sevgini Allah bəxş edib. Məncə doğulan uşaq da iki dövlət arasında sülh səfiri ola bilər. Sizi anlayıram o gözəl qıza sahib ola bilmədiniz".
Doğrusu, azərbaycanlı qızın da, Burhan Özdiləkin də təmizqanlı olmasına şübhə edirəm. Məncə, bu qızın damarı ilə azərbaycanlı qanı axsa da, illər öncə Azərbaycanda yaşayan erməni anasının, nənəsinin törəməsidi. Mən iki ayrı millətin bir-biri ilə evlənməsinin əleyhinə deyiləm. Amma qızlarımızın, oğullarımızın düşmənlə bir yastığa baş qoymasını normal qarşılaya bilmirəm. O düşmən ki, son 28 ildə başımıza gələn faciələrin "bayraqdarı" olub. Hələ mən ötən 100 illiklərdə törətdikləri xainlikləri demirəm. Əgər o qızın damarları ilə tərtəmiz azərbaycanlı qanı axsaydı Xocalı faciəsini, Şuşa harayını, Kəlbəcər, Ağdam, Füzulu, Ağdərə, Cəbrail, Zəngilan kədərini unudub düşmən oğluna ərə getməzdi. Düşünərdi ki, onun bu hərəkəti Şəhidlər Xiyabanında əbədi uyuyan şəhidlərin ruhunu incidəcək. Vətən namusunu, bayraq qürurunu azadlığına dəyişən Ramil Səfərov, sinəsini güllə qabağına sipər edən, "uf" demədən düşmən üstünə gedən Mübariz İbrahimov, Fərid Əhmədov, aprel döyüşlərində şəhid olan mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, polkovnik-leytenant Murad Mirzəyev, baş leytenant Bəkir
İsmayılov və digər 89 nəfər vətən oğlu o qızın özünə ər seçdiyi hansısa yanın ata-babaları ilə ona görə döyüşməyib ki, bu gün dünyaya gələn qarışıqqanlı övlad sabah hansı yolu seçəcəyini müəyyənləşdirə bilməsin? Görəsən o qız erməni ilə bir yastığa baş qoyanda erməniyə əsir düşmüş azərbaycanlı qız-gəlinlərin namusu uğrunda can verdiklərini düşündümü? Təbii ki, yadına da salmayıb. Çünki o qadın Azərbaycandan kənarda yaşadığı üçün, Azərbaycanın dərdləri, yaraları ilə də qətiyyən maraqlanmayıb. Erməni kişinin sevgisi daha güclü olub. Amma bu da inandırıcı deyil ki, aralarındakı izdivacın kökündə sevgi var. İki düşmən arasındakı sevgi məcarası ancaq filmlərdə, romanlarda olur.
Həyat isə başqadır. Həyat çətindi, keşməkeşlidi, əzablıdı, işgəncələrlə dolu yolları var. Hər adamın hünəri deyil bu sadalananları bir ömür taleyində daşıyıb yaşaya bilsin, üstəlik də həyata qalib gəlsin. Bu yazının "qəhərəmanı" olan azərbaycanlı qız həm özünü, həm də erməni kişisindən dünyaya gətirdiyi övladını həyatın burulğanlarına atacağına şübhəm yoxdu. O uşağın "iki dövlət arasında sülh səfiri ola biləcəyinə" qərar verən Burhan Özdilək də reallıqdan uzaq olan sözlərlə yalnız özünü aldadıb.
Həyatım boyu tanıdığım vətənini, millətini, torpağını sevən azərbaycanlı xanımların erməni kişilərinə gözünün ucu ilə də olsun baxdığını görmədim. Hətta bəyənmədiklərinə yumşaq halda "ermənisifət" damğası vurmaqdan da çəkinmədilər. Bu qız isə gözü kor olduğu üçün, burnunun ucundan uzağı görə bilməyib, gələcək fəsadları hiss edə biləcək qədər fəhm sahibi deyil. Nə zamansa, təsadüfən bu yazı haqqında danışdığım azərbaycanlı və erməni ər-arvadın əlinə keçsə, əminəm ki, dediklərimə etiraz edəcəklər, bəlkə də hiddətlənəcəklər, məni tapıb hesab soracaqlar.
Bəri başdan deyirəm: yaşayarıq görərik.
Züleyxa Nadir