Xızı rayonuna press-tur təşkil edilib

Ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq bölgələrə media və info turlar təşkil edir. Nazirliyin mıətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, növbəti belə press-tur Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Xızı rayonuna reallaşıb. Press-turda ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak edib. Press-turun məqsədi ölkə ictimaiyyətini rayonda fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzində həyata keçirilən müalicə üsulları ilə tanış etməkdir. Media və turizm şirkətlərinin nümayəndələri press-turun ilk günü Xızı rayonun Altıağac qəsəbəsində yerləşən "Cənnət bağı" hotelinin nəzdində fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, 2015-ci ilin mayından fəaliyyət göstərən sanatoriya tipli sağlamlıq mərkəzidə Altaydan gətirlərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələri və maskaları hazırlanır. Burada, həmçinin fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər həyata keçirilir. Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00