Atatürk hava limanı işini bərpa edib

İstanbulun Atatürk hava limanı ötən gün törədilmiş terror aktından sonra işini bərpa edib.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, hazırda aeroport reysləri qəbul edir və yola salır.

Qeyd edək ki, Atatürk hava limanında törədilmiş terror aktında ölənlərin sayı 41 nəfərə çatıb.

Hazırda Türkiyə xəstəxanalarında terror aktında yaralanmış 239 nəfər var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00