Banklar mənfəət vergisindən azad edilə bilər
29 İyun 2016 16:25 SosialAzərbaycanda fəaliyyət göstərən kommersiya bankların əldə etdiyi mənfəətin vergidən azad edilməsi ilə bağlı hökumətə hər hansı təklif daxil olmayıb. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev deyib. İ.Vəliyev müraciət olduğu təqdirdə buna baxıla biləcəyini deyib: "Hələ müraciət yoxdur. Düşünürəm ki, əgər müraciət olarsa, buna hökumətdə baxmaq olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00