Bakıdakı çimərliklərdən birində bədbəxt hadisə baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 28-də Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Sumqayıt şəhər sakini Sahil Yusifzadə çimərkən boğulub. Meyit sudan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00