Mədəniyyət və turizm naziri BMT İnkişaf Proqramının rəhbəri ilə görüşüb
29 İyun 2016 15:00 SosialNyu-Yorka səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark tərəfindən qəbul edilib. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə edilib. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini qeyd edib. Yekunda nazir Əbülfəs Qarayev H.Klarkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00