Azərbaycanda üç nəfər suda boğuldu
Bilgəh qəsəbəsindəki çimərlikdə çimən şəxs boğularaq ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilnə məlumatda qeyd edilib.
29 İyun 2016 14:24 SosialBilgəh qəsəbəsindəki çimərlikdə çimən şəxs boğularaq ölüb. Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilnə məlumatda qeyd edilib. Hadisə iyunun 28-də baş verib. Belə ki, Sumqayıt şəhər sakini Sahil Yusifzadə Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki dəniz çimərliyində çimərkən boğulub. Meyit sudan çıxarılıb. İyunun 28-də Bərdə rayonunun Nəzirli kənd sakini Xəqanı Behbudzadə Kür çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. İyunun 28-də Tovuz rayonunun Aşağı Quşçu kəndində kənd sakini Vahid Quliyev ehtiyatsızlığından Tovuz kanalına düşərək boğulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00