Bağlı qapı arxasından meyit tapıldı
29 İyun 2016 14:21 SosialFövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda 1936-cı il təvəllüdlü Vituxin Viktor Feyodroviç mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı V. Feyodroviç vəfat etdiyi müəyyən olunmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00