Almaniya XİN: Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır

Dağlıq Qarabağ münaqişəsi özündə eskalasiya potensialını saxlayır.  RİA Novosti-nin verdiyi məlumata görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Onun sözlərinə görə, Almaniya ATƏT-də sədrliyi dövründə bu təhlükəni aradan qaldırmaq üzrə məsuliyyət daşıyır.

Diplomat təhlükənin barışığın konsolidasiya edilməsi, etimad tədbirlərinin yaradılması və danışıqların tezliklə başlanılması yolu ilə aradan qaldırılmasını mümkün hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00