Azərbaycan nümayəndə heyəti türkiyəli həmkarlarına başsağlığı verib
29 İyun 2016 13:35 Sosialİyunun 29-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 47-ci Plenar Iclası öz işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, iclasda iştirak edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, tədbiri giriş sözü ilə açan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Türkiyənin İstanbul şəhərində Atatürk Hava Limanında baş vermiş terror aktını pisləyib və Türkiyə xalqına başsağlığı verib: "Azərbaycan nümayəndə heyəti də Türkiyə nümayəndələri ilə görüşüb və türkiyəli həmkarlarına başsağlığı verib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00