Baş İdarə ekskursiya təşkil edib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup fəal gəncin iştirakı ilə Şamaxı rayonuna ekskursiyası təşkil edilib. Bu barədə məlumat "OLAYLAR"-a Baş İdarədən daxil olub. Bildirilib ki, ekskursiyanın təşkilində məqsəd gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil olunmasından ibarətdir. Ekskursiyada iştirak edən gənclər yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi gənclər üçün maraqlı və yadda qalan olduğunu vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00