Əbülfəs Qarayev və BMT Baş Assambleyasının prezidenti arasında görüş keçirilib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə BMT Baş Assambleyasının prezidenti cənab Mogens Lykketoft arasında görüş keçirilib.
29 İyun 2016 11:48 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfər edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, səfər çərçivəsində nazir Əbülfəs Qarayev ilə BMT Baş Assambleyasının prezidenti cənab Mogens Lykketoft arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub. Əbülfəs Qarayev BMT Baş Assambleyanın prezidenti cənab Lykketofta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə edib. BMT Baş Assambleyasının prezidenti cənab Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək, bu tərəfdaşlıqla məmnun olduğunu bildirib. Daha sonra Əbülfəs Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verib və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib. Yekunda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək cənab Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.