Kitab Festivalı təşkil edilib
28 İyun 2016 16:48 Sosial"Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "ABŞ-da Təhsil Almış Məzunlar" ictimai birliyinin və "Level Up School of Professional Studies and Business" Təhsil Şirkətinin təşkilati dəstəyi ilə Uşaqlar üçün cizgi Filmləri və Kitab Festivalı təşkil edilib. Bu barədə məlumat "OLAYLAR"-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, festivalın təşkil olunmasına "Bakcell", və "Hesab.az" şirkətləri yaxından dəstək göstərmiş və festivalın həyata keçirilməsi üçün müxtəlif fəaliyyətlərin təşkil olunmasına sponsorluq edib.
Layihənin məqsədi - Uşaqlar və onların valideynləri arasında milli cizgi qəhrəmanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlılıq səviyyəsini artırmaqdır. Festivalda 6-16 yaş həddində olan 100-dən artıq Azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edib.