Türkiyənin Rusiya ilə barışması Azərbaycanın regionda böyük nüfuz sahibi olduğunu təsdiqlədi

Türkiyənin Rusiya ilə barışması fonunda Azərbaycanın regionda böyük nüfuz sahibi olduğu və əslində, necə bir mühüm rol oynadığı bu dəfə əyani olaraq öz təsdiqini tapdı. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri iqtisadçı Pərviz Heydərov səsləndirib. O, bildirib ki, bunu ölkə rəhbərliyinin dilindən də bir neçə dəfə eşitmişdik: "Ancaq, bir çoxları tərəfindən bu, yüksək pafosla söylənilən fikirlər kimi qəbul olunurdu. Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün qonşu ölkələrin (düşmən tərəf istisna olunmaqla) dövlət başçıları ilə necə bir yüksək səviyyədə şəxsi dostluq münasibətində olduğu bəlli məsələdir. Bu həm, Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə, həm qardaş ölkə olan Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğanla, həm də digərləri ilə münasibətlərə aiddir. Azərbaycanın Türkiyə ilə Rusiyanı barışdırmağa

nail olması böyük tarixi bir hadisədir. Bu, həm də Prezident İlham Əliyevin ustad siyasətçi olduğu göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00