“Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin dəstəyi, IDEA İctimai Birliyi və "Təbiət Dostları" Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə 29 iyun - 1 iyul tarixlərində Avropa Gənclər Paytaxtı - Gəncə şəhərində "Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, MDB ölkələrindən 300-dən çox müraciət edən gənclərdən seçilən 40-a yaxın gənc alimlər (ekoloqlar, iqtisadçılar, gənc fəallar) Azərbaycanda bir araya gələrək "yaşıl iqtisadiyyat" mövzusunda fikir mübadiləsi aparacaqlar. Konfransda aşağıdakı mövzulara uyğun olaraq 4 fərqli bölmələrə görə elmi-praktik işlərin təqdimatları və müzakirələri aparılacaq. Konfransın əsas məqsədi - gənc alimlər tərəfindən yaşıl iqtisadiyyat və ümumilikdə davamlı inkişaf mövzusunda bilik və fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır. Layihənin davamı olaraq, növbəti illərdə Avropa ölkələri gənclərinin də bu mövzuda bilik-təcrübə mübadiləsini aparmaqla ölkəmizdə bu mövzunun aktuallığına təkan veriləcək. Eyni zamanda, konfransın iştirakçıları üçün Bakı və Gəncə şəhərlərində ekskursiyalar və Göygöl Milli Parkında Ekotur təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00